Liberman: Qəzzada biz tam alçalmışıq
https://parstoday.ir/azeri/news/west_asia-i6032-liberman_qəzzada_biz_tam_alçalmışıq
 “Yesrail Beytnu” partiyasının lideri və sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman cümə günü gecə etiraf edib ki, səkkiz aylıq müharibədən sonra tam qələbə əvəzinə, tam zillətə çatdıq.
(last modified 2024-06-10T07:38:15+00:00 )
İyun 08, 2024 07:53 Asia/Baku
  • Liberman: Qəzzada biz tam alçalmışıq

 “Yesrail Beytnu” partiyasının lideri və sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman cümə günü gecə etiraf edib ki, səkkiz aylıq müharibədən sonra tam qələbə əvəzinə, tam zillətə çatdıq.

 

İRNA-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Liberman İsrailin şimal bölgəsini itirdiyini və istədiyini edən Hizbullaha təslim olmağa davam etdiyini vurğulayıb. 

O əlavə edib: Səkkiz aylıq müharibədən sonra İsrail nə HƏMAS-ı məhv edə bilib, nə də İsrail əsirlərini Qəzzadan geri qaytara bilib. 

Sionist rejim kabinetinin müxalifət fraksiyasının lideri Yair Lapid də açıqlamasında bildirib ki, Benyamin Netanyahunun korrupsioner kabineti bu rejimdəki pis siyasi şəraitin qarşısını almağa qadir deyil.