Sionist telekommunikasiya şirkətinə haker hücumu olub
https://parstoday.ir/azeri/news/west_asia-i6142-sionist_telekommunikasiya_şirkətinə_haker_hücumu_olub
 Xəbər mənbələri Sionist Telekommunikasiya Şirkətinə (Bezik) kiberhücum edildiyini bildiriblər.
(last modified 2024-06-13T06:16:22+00:00 )
İyun 13, 2024 10:13 Asia/Baku
  • Sionist telekommunikasiya şirkətinə haker hücumu olub

 Xəbər mənbələri Sionist Telekommunikasiya Şirkətinə (Bezik) kiberhücum edildiyini bildiriblər.

 

İRNA-nın cümə axşamı Əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, xəbər mənbələri sionist “Bezik” şirkətinə haker hücumu edildiyini açıqlayıb.

Bu mənbələr daha çox məlumat vermədən sözügedən şirkətin kiberhücuma məruz qaldığını və çoxlu sayda müştərisi ilə əlaqə xətlərinin kəsildiyini bildiriblər.

2023-cü il oktyabrın 7-də “Əl-Əqsa tufanı” əməliyyatının başlaması ilə sionist rejimin infrastrukturuna kiberhücumlar da artıb.

Bir müddət əvvəl hakerlər sionist xəbər kanalı olan “Walla”nın saytına hücum edərək onu sıradan çıxarıblar.