Sionist rəsmi: İsrail mehmanxanaları qaçqın düşərgələrinə çevrilib
https://parstoday.ir/azeri/news/west_asia-i6422-sionist_rəsmi_İsrail_mehmanxanaları_qaçqın_düşərgələrinə_çevrilib
İşğal olunmuş Fələstinin şimalında yerləşən sionist Marqliot məskunlaşma şəhərinin icra başçısı verdiyi açıqlamada bu rejimin otellərinin tamamilə qaçqın düşərgələrinə çevrildiyini bildirib.
(last modified 2024-07-07T05:41:02+00:00 )
İyul 03, 2024 11:07 Asia/Baku
  • Sionist rəsmi: İsrail mehmanxanaları qaçqın düşərgələrinə çevrilib

İşğal olunmuş Fələstinin şimalında yerləşən sionist Marqliot məskunlaşma şəhərinin icra başçısı verdiyi açıqlamada bu rejimin otellərinin tamamilə qaçqın düşərgələrinə çevrildiyini bildirib.

 

Sionist Marqliot şəhərinin başçısı əlavə edib: “Heç kim şimalda müharibənin başlanğıcı və sonunu müəyyən edə bilməz, çünki İsrail (rejim) müharibə etmək istədiyi zaman heç kimə məlumat verməyəcək və buna görə də bu müharibənin vaxtı barədə danışmaq absurddur”. 

O, deyib: Livanın cənubunda hərbi əməliyyatlar aparılmasa, Hizbullahın hələ də mövcud olduğu şəhərlərə və sərhəd bölgələrinə qayıtmaq çox çətin olacaq.