“Fələstin xalqı sizin bacarıqlarınıza güvənir”
https://parstoday.ir/azeri/news/west_asia-i6504-fələstin_xalqı_sizin_bacarıqlarınıza_güvənir
Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyana məktubunda onu prezident seçkilərinin uğurla keçirilməsi və yeni prezident seçilməsi münasibətilə təbrik edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
İyul 09, 2024 09:07 Asia/Baku
  • “Fələstin xalqı sizin bacarıqlarınıza güvənir”

Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyana məktubunda onu prezident seçkilərinin uğurla keçirilməsi və yeni prezident seçilməsi münasibətilə təbrik edib.

 

İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, İsmayıl Həniyyə bu məktubda bildirib: “HƏMAS hərəkatı və bütün Fələstin xalqı adından İranda seçkilərin uğurla keçirilməsi və xalqın Zati-alinizə etimadı və prezident seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirik, İran xalqına xidmət etmək yolunda sizə uğurlar arzulayırıq”.

Həniyyə əlavə edib: “Bu təbrik məktubunu Fələstin xalqı və onun müqaviməti özünün ən qürurverici tarixi döyüşlərindən birini apardığı bir vaxta göndəririk”.