Sionist rejimə qarşı kütləvi kiberhücum
https://parstoday.ir/azeri/news/west_asia-i6604-sionist_rejimə_qarşı_kütləvi_kiberhücum
Sionist rejimin müxtəlif sistemləri və infrastrukturları kiberhücumun hədəfinə çevrilib.
(last modified 2024-07-22T06:24:44+00:00 )
İyul 19, 2024 19:15 Asia/Baku
  •   Sionist rejimə qarşı kütləvi kiberhücum

Sionist rejimin müxtəlif sistemləri və infrastrukturları kiberhücumun hədəfinə çevrilib.

 

Sionist rejim ordusunun kiber bölməsi də müxtəlif sistemlərin bu kiberhücuma məruz qaldığını açıqlayıb.

Bəzi KİV-lər polis, yanğınsöndürmə və təcili yardım idarələrinin rabitə sistemlərinin sıradan çıxdığını bildirir.

Bu kiberhücum Yəmən Silahlı Qüvvələrinin Təl-Əvivin mərkəzinə uğurlu pilotsuz əməliyyatından cəmi bir neçə saat sonra baş verib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Təl-Əvivin hava məkanına daxil olan pilotsuz təyyarə Amerika səfirliyinin yaxınlığındakı binanı hədəfə alıb.

Sionist medialar təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb ki, böyük bir pilotsuz təyyarə dənizdən alçaq hündürlükdə Təl-Əvivə yaxınlaşıb və onun müdafiə sistemlərinin bütün təbəqələrindən necə keçərək Təl-Əvivdəki bir binaya zərbə endirdiyi bəlli deyil.