Qəzzada BMT-nin 8 məktəbi bombalanıb
İyul 27, 2024 11:23 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) cümə gecəsi İsrail ordusunun son iki həftədə Qəzzada bu təşkilata aid 8 məktəbi bombaladığını bildirib.
UNRWA daha əvvəl elan etmişdi ki, Qəzzada müharibə başlayandan bəri agentliyin məktəblərinin təxminən 70%-i sionist ordusu tərəfindən vurulub.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi, müharibənin başlanğıcından bu yana Qəzza zolağında məktəblər və əlaqədar mərkəzlərin bombalanması nəticəsində 539 fələstinli qaçqının şəhid olduğunu vurğulayıb.
Teqlər