Yəmən Qırmızı dənizdə 3 hərbi əməliyyat keçirib
https://parstoday.ir/azeri/news/west_asia-i6940-yəmən_qırmızı_dənizdə_3_hərbi_əməliyyat_keçirib
 Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qırmızı dənizdə üç hərbi əməliyyat keçirdiklərini, 1 gəmi və 2 Amerika esminesini hədəfə aldıqlarını açıqlayıb.
(last modified 2024-08-08T03:22:47+00:00 )
Avq 07, 2024 19:19 Asia/Baku
  • Yəmən Qırmızı dənizdə 3 hərbi əməliyyat keçirib

 Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Qırmızı dənizdə üç hərbi əməliyyat keçirdiklərini, 1 gəmi və 2 Amerika esminesini hədəfə aldıqlarını açıqlayıb.

 

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bu qüvvələrin Qırmızı dənizin şimalında 3 hərbi əməliyyat keçirdiyini açıqlayıb.

 

Y. Sərii bildirib: “Bu əməliyyatda işğal olunmuş Fələstinin limanlarına getməklə bağlı qaydaları pozaraq Qırmızı dənizdə hərəkət edən “CONSTSHIP ON” gəmisi bir neçə ballistik raket və pilotsuz təyyarə ilə dəqiq hədəfə alındı.”

 

“Həmçinin, Amerikanın “Cole” esminesi Ədən körfəzində bir neçə pilotsuz təyyarə ilə hədəfə alındı və əməliyyat uğurla həyata keçirildi” - deyə, mətbuat katibi əlavə edib.

 

Onun sözlərinə görə, Amerikanın “Labun” esminesi də bir neçə ballistik raketlə hədəfə alınıb.