Hizbullah sionist qüvvələrin Livan ərazisinə soxulmaq cəhdinin qarşısını aldı
https://parstoday.ir/azeri/news/west_asia-i7100-hizbullah_sionist_qüvvələrin_livan_ərazisinə_soxulmaq_cəhdinin_qarşısını_aldı
Livan Hizbullahı keçirdiyi əməliyyatda sionist rejim ordusunun Livan ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.
(last modified 2024-08-31T08:15:56+00:00 )
Avq 19, 2024 10:41 Asia/Baku
  • Hizbullah sionist qüvvələrin Livan ərazisinə soxulmaq cəhdinin qarşısını aldı

Livan Hizbullahı keçirdiyi əməliyyatda sionist rejim ordusunun Livan ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.

 

Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib: “Sionist rejimin bir sıra hərbçiləri Livanın cənubunda yerləşən “Hərş Hədəb Eyta” bölgəsinə daxil olmağa cəhd etdilər.”

Bəyanat sionist qüvvələrin müqavimətin pusqusuna düşməsinə toxunaraq əlavə edib: “Müqavimət döyüşçüləri onları raket və minaatanlarla hədəfə aldı və onlar geri çəkilməyə məcbur oldular.

Bu əməliyyatda sionist rejimin bir neçə əsgəri ölüb və yaralanıb.”