Sionist rejim mediası: Blinken məhbus mübadiləsi danışıqlarına çox ziyan vurdu
Avq 22, 2024 09:59 Asia/Baku
“Yediot Aharonot” məlumatlı mənbələrə istinadən yazıb ki, ABŞ dövlət katibi Antoni Blinken əsir mübadiləsi danışıqlarına çox ziyan vurub.
Fələstin “Səma” xəbər agentliyinin bildirdiyinə görə, Yediot Aharonot məlumatlı mənbələrə istinadən vurğulayıb ki, Blinken Netanyahunun ABŞ-ın razılığa gəlmək təklifini qəbul etdiyini açıqladıqdan sonra danışıqlara xeyli ziyan vurdu.
Mənbələr ABŞ dövlət katibinin Netanyahunun tərəfini tutduğunu və əsir mübadiləsi razılaşmasının məhv edilməsini əmr etdiyini bildirib.
Blinkenin bəyanatından belə anlaşılır ki, Vaşinqton Filadelfiya oxunun İsrail tərəfindən işğalının davam etməsini dəstəkləyir. Bu isə Misir və HƏMAS-ın qəbul etmədiyi bir məsələdir.
Teqlər