Livan xalqı Hizbullahın qələbəsini bayram edib
Livanın Cənubi Zahiyyə bölgəsinin sakinləri Ərbəin günü əməliyyatlarını qeyd ediblər.
Livanın Əl-Məyadin telekanalı X sosial şəbəkəsindəki səhifəsində görüntülər yayaraq, bildirib ki, Beyrutun cənubundakı Zahiyyə bölgəsində yaşayan sakinlər Livanın İslami Müqavimət Hərəkatının işğal olunmuş ərazilərdəki müəyyən hədəflərə qarşı həyata keçirdiyi "Ərbəin günü əməliyyatını" qeyd ediblər.
Müqavimət mehvərinin tərəfdarı olan livanlı istifadəçi Yəhya Əl-Musəvi X hesabında yazıb: "Ən şərəfli insanlar Cənub Zahiyyədə şənlik ediblər.
Bu livanlı istifadəçi, həmçinin Ərbəin günü əməliyyatının həyata keçirilməsindən sevinc əlaməti olaraq, motosiklet yürüşünün şəkillərini yayımlayıb. Livan Hizbullahı bu əməliyyatı Fuvad Şükürün terror edilməsinə cavab olaraq, həyata keçirib.
Hizbullahın bu əməliyyatından sonra sionist rejim başçıları işğal olunmuş ərazilərdəki Təl-Əviv və Hayfada sığınacaqların qapılarının açıldığını və fövqəladə vəziyyətin elan edildiyini bildiriblər. Bu rejimin mediası da Ərbəin əməliyyatından sonra etiraf ediblər ki, hər an qorxu və narahatlıq içindədirlər.