Yəmən Silahlı Qüvvələri: Qırmızı dənizdə bir gəmini hədəf aldıq
https://parstoday.ir/azeri/news/west_asia-i7288-yəmən_silahlı_qüvvələri_qırmızı_dənizdə_bir_gəmini_hədəf_aldıq
Yəmən silahlı qüvvələrinin sözçüsü bazar ertəsi gecə elan edib ki, işğal altındakı Fələstinə gedən gəmi Qırmızı dənizdə raket və PUA-ların hücumuna məruz qalıb.
(last modified 2024-09-05T02:48:26+00:00 )
Sen 03, 2024 11:50 Asia/Baku
  • Yəmən Silahlı Qüvvələri: Qırmızı dənizdə bir gəmini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü bazar ertəsi gecə elan edib ki, işğal altındakı Fələstinə gedən gəmi Qırmızı dənizdə raket və PUA-ların hücumuna məruz qalıb.

 

Yəhya Səri dedi: “Qırmızı dənizdə (BLUE LAGOON I) adlı gəmini raketlər və PUA-larla birbaşa vurduq.

O, bu gəminin sahibi olan şirkətin işğal altındakı Fələstinin limanlarına giriş qadağasını pozduğunu bildirib və əlavə edib: Bu əməliyyat raket, dəniz və hava birliklərinin qüvvələri ilə birgə həyata keçirilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü deyib: Biz bir daha düşmən İsrail ilə əlaqəsi olan bütün şirkətlərə xəbərdarlıq edirik ki, gəmiləri təyinat yerindən asılı olmayaraq dəniz əməliyyatları üçün elan edilən ərazidən keçərkən hədəfə alınacaq.