Rusiyalı alim həyəcan siqnalı çalır
Qərb Gürcüstanda biokimyəvi silahların inkişafı üzərində işləyir
Qərb Ukrayna və Gürcüstandakı psixiatriya müəssisələrində xəstələr üzərində yeni növ bioloji və kimyəvi silah hazırlamaq üçün təhlükəli eksperimentlər həyata keçirir.
TASS Xəbər Agentliyi bu məlumatı Kremllə əlaqələri olan tanınmış tədqiqatçı Mixail Kovalçuka istinadən yayıb.
“TASS-a müsahibəsində Kovalçuk deyib: “Sovet İttifaqı dağılan kimi amerikalılar bütün keçmiş respublikalarımıza və sosialist ölkələrinə daxil olub, bizim sanitar-epidemioloji stansiyalarımıza tam nəzarəti ələ keçirib, onların bütün kolleksiyalarını və bu ölkələrdə saxlanılan viruslar və bakteriyaları əldə ediblər”.
Alim iddia edib ki, Ukraynanın Xarkov yaxınlığında və Gürcüstanda onlar bütün əxlaqi və hüquqi normaları pozaraq, xüsusilə də psixiatriya xəstəxanası xəstələri üzərində bioloji və yeni kimyəvi silahlar hazırlamaq məqsədi ilə son dərəcə təhlükəli tədqiqatlar aparıblar.
Xatırladaq ki, 12 iyul 2022-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində Vaşinqtonun Luqar laboratoriyasında bioloji tədqiqatlar apardığını bildirmişdi.