Türkiyə yaxın illərdə mütləq NATO-dan çıxacaq
(last modified Mon, 09 Sep 2024 06:49:41 GMT )
Sen 09, 2024 10:49 Asia/Baku
  • Türkiyə yaxın illərdə mütləq NATO-dan çıxacaq

Bu iddia ilə Ankaranın BRİKS-ə qoşulmaq niyyətini şərh edən türkiyəli politoloq Serhat Lətifoğlu çıxış edib.

 

"Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik", - analitik bildirib.Eyni zamanda Lətifoğlu qeyd edib ki, Türkiyə BRİKS-ə qoşularsa, bu, NATO ölkəsinin təşkilata üzv olmasının görünməmiş nümunəsinə çevriləcək."BRİKS və Türkiyənin xarici siyasət və iqtisadiyyatla bağlı əsas prinsipləri tamamilə eynidir", - o əlavə edib.Daha əvvəl Türkiyə BRİKS-də tam iştirak üçün müraciət edib. Aİ də Türkiyənin qoşulmaq üçün blokları seçməkdə azad olduğunu bildirib.