Sionist əsir: İsrail HƏMAS tunelləri haqqında heç nə bilmir - Netanyahu yalançıdır
https://parstoday.ir/azeri/news/west_asia-i7370-sionist_əsir_İsrail_hƏmas_tunelləri_haqqında_heç_nə_bilmir_netanyahu_yalançıdır
 Qəzza zolağından qayıdan bir sionist əsir deyib: Baş nazir Binyamin Netanyahu və sionist ordu Qəzza zolağında HƏMAS hərəkatının tunelləri haqqında heç nə bilmir.
(last modified 2024-09-15T06:50:07+00:00 )
Sen 09, 2024 11:12 Asia/Baku
  • Sionist əsir: İsrail HƏMAS tunelləri haqqında heç nə bilmir - Netanyahu yalançıdır

 Qəzza zolağından qayıdan bir sionist əsir deyib: Baş nazir Binyamin Netanyahu və sionist ordu Qəzza zolağında HƏMAS hərəkatının tunelləri haqqında heç nə bilmir.

 

Qəzza zolağından qayıdan sionist əsir Adina Moşiye deyib ki, İsrail rejimi ordusu HƏMAS hərəkatının tunelləri haqqında heç nə bilmir və bu rejimin Şabak kimi tanınan daxili təhlükəsizlik təşkilatı ondan Qəzza zolağındakı tunellərin xəritəsinin rəsmini çəkməyi xahiş edib. 

O, vurğuladı: Şabak məndən tunellərin xəritəsini tərtib etməyimi istədi və cavab verdim ki, mən rəssam deyiləm. Şabakın müraciətinə səbəb tunellər haqqında heç nə bilməmələridir. Qəzza zolağının tunelləri çox geniş və uzundur və Qəzza zolağının hər yerində yerin altında yerləşir. Qəzza zolağında təkcə bir tunel deyil, sonsuz bir neçə tunel şəbəkəsi var.