BMT-nin xüsusi məruzəçisi sionist rejimə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
https://parstoday.ir/azeri/news/west_asia-i7372-bmt_nin_xüsusi_məruzəçisi_sionist_rejimə_qarşı_sanksiyalar_tətbiq_etməyə_çağırıb
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi bazar ertəsi səhər verdiyi bəyanatda sionist rejimi boykot etməyə çağırıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Sen 09, 2024 11:13 Asia/Baku
  • BMT-nin xüsusi məruzəçisi sionist rejimə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi bazar ertəsi səhər verdiyi bəyanatda sionist rejimi boykot etməyə çağırıb.

 

Maykl Fəxri deyib: İsrail (rejimi) təkcə humanitar yardımların Qəzzaya daxil olmasına mane olmur, həm də Fələstinin məhsul torpaqlarını və qida mənbələrini məhv edir.

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi həmçinin sionist rejimə qarşı sanksiyaların tətbiq edilməsini və onun tərəfdarlarına təzyiq göstərilməsini istəyib.

O, daha əvvəl hesabatında bildirmişdi ki, təxminən 2023-cü ilin dekabrında Qəzza zolağının sakinləri dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil etmiş və müharibələr tarixində bir xalqın bu sürətlə qıtlıq və aclıq yaşadığına dair heç bir göstərici yoxdur.