Pezeşkiyan İraqda rəsmi səfərdədir
(last modified Wed, 11 Sep 2024 04:44:58 GMT )
Sen 11, 2024 08:44 Asia/Baku
  • Pezeşkiyan İraqda rəsmi səfərdədir

İran İslam Respublikasının prezidenti yüksək səviyyəli siyasi və iqtisadi heyətin başında Bağdada gedib.

 

Məsud Pezeşkiyan Bağdadda İraqın baş naziri tərəfindən qarşılanıb, sonra isə sərdar şəhid Süleymaninin abidəsini ziyarət edib.

Bu, İranın İslam Respublikasının prezidenti kimi Pezeşkiyanın ilk xarici səfəridir.

Cənab Pezeşkiyan İraqa yola düşməzdən əvvəl Məsdeyib: “Əvvəllər elan edilmiş siyasətə, eləcə də Ali Rəhbərin qonşu ölkələrlə yaxın münasibətlərin qurulması ilə bağlı elan etdiyi siyasətə əsaslanaraq bu səfər həyata keçir”.

O, vurğulayıb ki, bu səfər siyasi, mədəni və iqtisadi əlaqələrin qurulması baxımından çox yaxşı bir səfər olacaqdır.