Ərdoğan: Qəzzədə Bosniya soyqırımına bənzər bir qətliamın şahidiyik
(last modified Sun, 15 Sep 2024 08:06:23 GMT )
Sen 15, 2024 12:06 Asia/Baku
  • Ərdoğan: Qəzzədə Bosniya soyqırımına bənzər bir qətliamın şahidiyik

Türkiyə prezidenti bildirib ki, Qəzzə zolağında 90-cı illərdə Bosniya və Herseqovina soyqırımına bənzər qətliam baş verir.

 

Tasnim Agentliyinin Anadoluya istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İstanbulda Bosniya və Herseqovina Prezident Şurasının sədri Denis Beciroviç ilə birgə mətbuat konfransı zamanı bu bənzətməni aparıb.

Ərdpoğan deyib: Qəzzə zolağında və işğal olunmuş Fələstin torpaqlarında Bosniyada baş verənlər Bosniya və Herseqovinada 90-cı illərdə baş verən qətliamın yeni versiyasıdır.  

İşğal altındakı İordan çayının qərb sahilində türk əsilli amerikalı bir insan haqları müdafiəçisinin İsrail əsgərləri tərəfindən öldürülməsinə toxunan Ərdoğan qeyd edib: “Biz İsraili Qəzzədə 41 min insanın öldürülməsinə, eləcə də Ayeşenur Ezegi Eygi-nin qətlinə görə məsuliyyətə cəlb edəcəyik”.

Türkiyə lideri çıxışının başqa bir hissəsində Bosniya müharibəsi zamanı Serbiya rəsmiləri kimi İsrail rəsmilərinin də mühakimə olunmasını istəyib və əlavə edib: “Qəzzədə qətllərin səbəbkarları Srebrenitsa soyqırımını törədənlər kimi beynəlxalq məhkəmələrə cəlb olunmalıdırlar”.