“ABŞ İsrailin Fələstindəki cinayətlərində şərikdir”
(last modified Sun, 15 Sep 2024 10:09:54 GMT )
Sen 15, 2024 14:09 Asia/Baku
  • “ABŞ İsrailin Fələstindəki cinayətlərində şərikdir”

Yəmən Ənsarullah Hərəkatının lideri ABŞ-ın düşmən sionist rejimin fələstinlilərə qarşı cinayətinə şərik olduğuna işarə edərək vurğulayıb ki, əgər Amerika olmasaydı, sionist rejim belə bir cinayət törətməyə cürət etməzdi.

 

Seyid Əbdülmalik əl-Husi deyib: “İslam ümməti müxtəlif formalarla düşmənlər tərəfindən hədəfə alınıb və müstəqil ümmət kimi mövcudluğunu təhdid edən təhlükələrlə üz-üzədir”.

Ənsarullah lideri cihadın kafir və münafiqlərin qarşısını almaq və onların hiylələrinə qalib gəlməyin yeganə yolu olduğuna toxunaraq qeyd edib: “İslam ümmətinin Uca Allahın əmrlərinə tabe olmaqdan başqa heç bir qurtuluşu yoxdur. Bunlardan biri də Quran anlayışlarına və Allah Rəsulunun sözlərinə əsaslanan cihad və onun cihad yoludur”.

Seyid Əbdülməlik əl-Husi həmçinin bəzi müsəlman ölkələrinin Fələstin xalqının soyqırım edilməsi cinayətinə qarşı mövqelərini biabırçı mövqe adlandırıb: “Bəzi ərəb hökumətləri, rejimləri və liderlərinin mövqeyi düşmən İsrail ilə ortaq olmaq və Fələstin xalqını hədəf almaq üçün onunla əməkdaşlıq etməkdir”, - deyə Ənsarullah lideri vurğulayıb.