Sionist general həyəcan təbili çalır
“Hizbullah Hayfanı yerlə yeksan edə bilər”
Yüksək rütbəli sionist general Hizbullahla müharibənin genişləndiyi təqdirdə sionist rejim üçün ölümcül ssenarilərin meyadana çıxa biləcəyini vurğulayıb.
Sionist rejim ordusunun ehtiyatda olan generalı İshaq Barak bu barədə deyib: “İsrailin ictimai rəyi bilməlidir ki, bizim kiçik bir ordumuz var və İsrail uzun müharibədə qalmaq gücünə malik deyil, indiki müharibəni də faktiki olaraq uduzmuşdur”.
General qeyd edib ki, İsrail Livana qarşı müharibəni genişləndirmək qərarına gəlsə, Təl-Əviv üçün nəticələri pis olacaq.
Sionist rejim televiziyasının 12-ci kanalına danışan İshaq Barak sonra deyib: “Hazırda təbliğ olunan və İsrail üçün ağır fəlakətə səbəb ola biləcək ən təhlükəli yalan, ordunun Hizbullaha qarşı üstünlük əldə etməsidir, reallıq isə budur ki, İsrail ordusu HƏMAS-ı məhv etməyə belə gücü çatmayan orduya çevrilib və böyük bir müharibədə Hizbullah Hayfanı yerlə yeksan edə bilər”.