Qızıl Aypara Cəmiyyətinin könüllü yardım və müalicə qrupları Livana göndərilib
(last modified Wed, 18 Sep 2024 07:29:07 GMT )
Sen 18, 2024 11:29 Asia/Baku
  • Qızıl Aypara Cəmiyyətinin könüllü yardım və müalicə qrupları Livana göndərilib

 Livanda baş verən terror hadisəsindən sonra İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri yardım və tibbi heyətə rəhbərlik edərək bu ölkəyə gedib.

 

Bu səhər (çərşənbə) Pirhüseyn Kolivənd qəza qurbanlarına kömək etmək üçün 12 ümumi və mütəxəssis həkim, 12 tibb bacısı və feldşerdən ibarət Qızıl Aypara könüllülərindən ibarət bir qrupla birlikdə Livana ezam olunub. 

Bu ezamiyyət Qızıl Ayparada fövqəladə yığıncaq keçirildikdən sonra həyata keçirilib və terror hadisəsi zamanı yaralananlara kömək məqsədilə Livana yardım və tibbi qrupların göndərilməsini planlaşdırmaq məqsədi ilə Qızıl Aypara rəhbərinin iştirakı ilə bununla bağlı qərar qəbul edilib.