Paşinyan Türkiyə ilə münasibətlərə təkid edib
(last modified Wed, 18 Sep 2024 10:19:53 GMT )
Sen 18, 2024 14:19 Asia/Baku
  • Paşinyan Türkiyə ilə münasibətlərə təkid edib

Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır. Bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

 

 Ermənistan medialarının bildirdiyinə görə, Paşinyan Türkiyə ilə quru sərhədlərin açılmasına çağırıb:

“Hesab edirəm ki, Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədini açmalıyıq”, - o bildirib.

İrəvanla Ankara arasında kommunikasiyanın vacibliyini vurğulayan N.Paşinyan qeyd edib ki, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqları davam etdirmək lazımdır.

Türkiyə Ermənistanla elan olunmuş əlaqələrə malik olmasa da iki ölkə arasında qeyri-rəsmi ticarətin gözə çarpacaq dərəcə də böyük olduğu deyilir. Yuzlərlə milyon dollar təşkil edən qeyri-rəsmi ticarət dövriyyəsinin əsas hissəsini Türkiyənin ixracat malları təşkil edir.

Xatırladaq ki, 2021-ci ilin sonundan etibarən İrəvan və Ankara münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlayıb.