Livanın Səhiyyə Naziri: “3000-ə yaxın yaralı xəstəxanalara yerləşdirilib”
Livanın səhiyyə nazirinin elan etdiyi son məlumatda çərşənbə axşamı sionist rejimin törətdiyi cinayətkar əməli nəticəsində Livan xəstəxanalarına yerləşdirilmiş yaralıların sayının 3000 nəfər olduğunu açıqlayıb. Nazir İran, İraq və Misir ölkələrinə Livana yardıma görə təşəkkür edib.

“Əl-Məyadin” şəbəkəsinin verdiyi xəbərə görə, Livan Səhiyyə Nazirliyinin başçısı Farisul-Əbyəz İsrail rejiminin ölkəsinə etdiyi cinayətkar və təcavüzündən sonra ilk yardımın İraqdan göndərildiyini deyib.
“İraqdan 20-dən çox həkim və 15 tondan çox tibbi ləvazimat göndərilib”-deyə nazir əlavə edib.
Livan səhiyyə Naziri: “3 minə yaxın yaralı xəstəxanalara yerləşdirilib. Ağır yaralıların bəzisininin müalicəsi üçün digər ölkələrə göndərilməsinə də məcbur qala bilərik.
Farisul-Əbyəz Livana kömək təklif edən və yardım göndərəcək bütün qardaş ölkələrə, o cümlədən Misir, İran və Suriyaya təşəkkürünü bildirib və onların bu təşəbbüsü üçün minnətdar olduğunu deyib.