Hizbullah:”İsrail törətdiyi cinayətin ağır bədəlini ödəyəcək”
(last modified Wed, 18 Sep 2024 10:23:18 GMT )
Sen 18, 2024 14:23 Asia/Baku
  • Hizbullah:”İsrail törətdiyi cinayətin ağır bədəlini ödəyəcək”

Livan Hizbullah Hərəkatı sionist rejimin törətdiyi cinayətin müqavimətin əzm və iradəsini daha da möhkəmləndirəcəyini vurğulayaraq bildirib ki, işğalçı rejim törətdiyi cinayətin ağır bədəlini ödəyəcək”

 

“Əl-Mənar” xəbər agentliyinin məlumatına görə Hizbullah bu gün səhər saatlarında bəyanat yayaraq elan edib ki, çərşənbə axşamı cinayətkar düşmənin törətdiyi əməllərə görə ağır bədəl ödəyəcək.   

Hərəkat bəyanatında bir daha bildirib ki, törədilmiş bu cinayət əməli bizim cihad yolunda əzmimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Livan İslami Müqavimət hərəkatı ötən gün sionist rejimin əli ilə peycerlərin partladılması nəticəsində şəhid olanların ailələrinə başsağlığı verərək Uca Allahdan yaralıların tezliklə şəfa tapmasını diləyib.

“Bundan öncə olduğu kimi, biz Qəzzəni və onun müqavimətini dəstəkləməyə, Livanı, xalqımızı və onun suverenliyini müdafiə etməyə davam edəcəyik”-deyə Hərəkat bəyanatında vurğulayıb.