Hizbullahın səhər saatlarında Əl-Mərc bazasına hücumu - 1 sionist əsgər öldü
https://parstoday.ir/azeri/news/west_asia-i7524-hizbullahın_səhər_saatlarında_Əl_mərc_bazasına_hücumu_1_sionist_əsgər_öldü
Livan Hizbullahı bu gün səhər saatlarında sionist rejimin hərbi bazasına zərbə endirməsi, bir neçə işğalçı hərbçinin ölməsi və yaralanması ilə bağlı bəyanat yayıb.
(last modified 2024-09-20T10:10:28+00:00 )
Sen 19, 2024 10:19 Asia/Baku
  • Hizbullahın səhər saatlarında Əl-Mərc bazasına hücumu - 1 sionist əsgər öldü

Livan Hizbullahı bu gün səhər saatlarında sionist rejimin hərbi bazasına zərbə endirməsi, bir neçə işğalçı hərbçinin ölməsi və yaralanması ilə bağlı bəyanat yayıb.

 

Xəbər mənbələri Hizbullahın işğal altındakı Fələstində sionistlərə qarşı hücumunun təfərrüatlarını açıqlayıb.

“Əl-Məyadin”in Livanın cənub bölgəsindəki müxbiri deyib: “Kiryat Şmona ilə Meskaf Aam arasındakı ərazidə bir avtomobil hədəfə alınıb.”

Sionist rejimin mediası da şimalda baş verən ciddi insidentin xəbərini yayıb, əraziyə helikopter və 7 təcili yardım maşını göndərilməsi tələbini qeyd ediblər.

Bu mənbələr 6 sionistin yaralanmasına işarə edərək, yaralılardan birindən ümidin kəsildiyini bildiriblər, digər yaralıların vəziyyətinin ağır olduğunu deyiblər.