Hizbullahın səhər saatlarında Əl-Mərc bazasına hücumu - 1 sionist əsgər öldü
Livan Hizbullahı bu gün səhər saatlarında sionist rejimin hərbi bazasına zərbə endirməsi, bir neçə işğalçı hərbçinin ölməsi və yaralanması ilə bağlı bəyanat yayıb.
Xəbər mənbələri Hizbullahın işğal altındakı Fələstində sionistlərə qarşı hücumunun təfərrüatlarını açıqlayıb.
“Əl-Məyadin”in Livanın cənub bölgəsindəki müxbiri deyib: “Kiryat Şmona ilə Meskaf Aam arasındakı ərazidə bir avtomobil hədəfə alınıb.”
Sionist rejimin mediası da şimalda baş verən ciddi insidentin xəbərini yayıb, əraziyə helikopter və 7 təcili yardım maşını göndərilməsi tələbini qeyd ediblər.
Bu mənbələr 6 sionistin yaralanmasına işarə edərək, yaralılardan birindən ümidin kəsildiyini bildiriblər, digər yaralıların vəziyyətinin ağır olduğunu deyiblər.