Sionist rejim kimi cinayətkar heç vaxt nüvə silahına malik olmamalıdır
(last modified Sun, 22 Sep 2024 12:47:17 GMT )
Sen 22, 2024 16:47 Asia/Baku
  • Sionist rejim kimi cinayətkar heç vaxt nüvə silahına malik olmamalıdır

 İranın Beyrutdakı səfirliyi yazıb: “Hətta peycerə girişinə belə etibar etmək mümkün olmayan sionist rejim kimi cinayətkarların heç vaxt nüvə silahına sahib olmalarına icazə verilməməlidir.”

 

İran İslam Respublikasının Livanın paytaxtı Beyrutdakı səfirliyi sosial şəbəkədəki rəsmi hesabında paylaşdığı mesajda yazıb: “İsrail, heç bir texnologiyaya sahib olmağa layiq olmayan bir varlıqdır.” 

Mesajın davamında bildirilir: “Peycerə girişi üçün belə etibar edilə bilməyən cinayətkarların nüvə silahına sahib olmasına heç vaxt icazə verilməməlidir.” 

İranın Livandakı səfirliyi vurğulayıb: “Sionist aparteid rejimi indi tərksilah edilməlidir, sabah çox gecdir.”