Sionist rejim Beyrutu 30 dəfədən çox bombalayıb
https://parstoday.ir/azeri/news/west_asia-i7656-sionist_rejim_beyrutu_30_dəfədən_çox_bombalayıb
 Şənbə günü səhər xəbər mənbələri bildirib ki, sionistlər bu gecə Beyrutun cənub ətrafını 30 dəfədən çox bombalayıblar və bu hücumlar hələ də davam edir.
(last modified 2024-09-28T07:53:54+00:00 )
Sen 28, 2024 11:43 Asia/Baku
  • Sionist rejim Beyrutu 30 dəfədən çox bombalayıb

 Şənbə günü səhər xəbər mənbələri bildirib ki, sionistlər bu gecə Beyrutun cənub ətrafını 30 dəfədən çox bombalayıblar və bu hücumlar hələ də davam edir.

 

Bu hücumlarda Beyrutun cənub ətraflarında yerləşən “Əl-Kifaat”, “Əş-Şuifat”, “Əl-Hədas” və “Əl-Lilki” kimi bölgələrin binaları sionist rejim qırıcılarının şiddətli atəşinə məruz qalıb.

Sionist kanal 12-nin müxbiri də bu hücumları təsdiqləyib və bildirib ki, Beyrutun cənubunda yerləşən Dahiyənin vurulması dayanmadan davam edir.

Sionist rejim ordusunun sözçüsü Daniel Heqari bir neçə saat əvvəl mətbuat konfransında Beyrutun cənub ətrafına edilən sərsəm hücumlara haqq qazandırmaq üçün iddia edib: Yaxın saatlarda Hizbullahın Beyrutun Dahiya məntəqəsinin mərkəzində üç binanın altında gizlətdiyi strateji gücə hücum edəcəyik.