Sionist rejimin hücumunda 30 fələstinli şəhid olub
(last modified Sun, 06 Oct 2024 06:34:39 GMT )
Okt 06, 2024 10:34 Asia/Baku
  • Sionist rejimin hücumunda 30 fələstinli şəhid olub

Fələstin mediası işğalçı sionist rejim ordusunun Qəzzənin şimalında müxtəlif bölgələrə intensiv hücumları zamanı 30 fələstinlinin şəhid olduğunu, 150 nəfərin isə yaralandığını bildirib.

 

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Bunlardan 12-nin Qəzzənin mərkəzindəki Deyr əl-Bələhdə Əl-Əqsa Şəhidləri xəstəxanasının girişinə edilən hücumda şəhid olduğu bildirilir.

Beləliklə də, 2023-cü il oktyabrın 7-dən və Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri Qəzzədə 41 min 825 fələstinli şəhid olub, 96 min 910 nəfər isə yaralanıb.

Teqlər