Hizbullahın raketləri, dronları sionist rejimin bazalarına yağır
(last modified Sun, 06 Oct 2024 06:37:17 GMT )
Okt 06, 2024 10:37 Asia/Baku
  •     Hizbullahın raketləri, dronları sionist rejimin bazalarına yağır

Hizbullah sionist rejimin Şəmşun bazasını dronla hədəfə alıb

 

Livan Hizbullahı bazar günü səhər sionist rejimin "Şəmşun" adlı hərbi bazasını partlayıcı dronlarla darma-dağın etdiyini bildirib.

Sionist rejim ordusunun dəstək-komanda mərkəzi kimi fəaliyyət göstərən bu baza partlayıcı pilotsuz təyyarələr tərəfindən hədəfə alınıb.

Məlumata görə, bu hücumda İsrail əsgərlərinin binaları və yerləri dəqiq vurulub.

Hizbullah, həmçinin Əl-Minarə qəsəbəsindəki işğalçı İsrail qüvvələrini də ağır raket hücumu ilə hədəfə alıb və onlara bəzi itkilər verib.

Başqa bir əməliyyatda isə İsrail qüvvələrinin Bəyaz Bəlidə bazasının hədəf alındığı, orada da müəyyən itkilərin olduğu bildirilir.

Hizbullah, həmçinin işğal olunmuş Fələstinin Kiryat Şmona qəsəbəsinə raket zərbələri endirib.

Sionist mənbələr şənbə gecəsi təkcə Kiryat Şmonaya Livandan 30 raket atıldığını və bölgədə geniş yanğın baş verdiyini bildiriblər.

Sionist Kan şəbəkəsi həmçinin şənbə səhərindən etibarən Livandan işğal olunmuş Fələstinin şimalına doğru 135-dən çox raket atıldığını bildirib.

Sionist rejim ordu sentyabrın 3-ü səhər saatlarından etibarən Livanın cənubunun müxtəlif bölgələrinə genişmiqyaslı hücumlara başlayıb və bu hücumlar indiyədək davam edir.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu hücumlar nəticəsində indiyədək, 2 mindən çox livanlı şəhid olub, minlərlə nəfər isə yaralanıb.

Hizbullah da rejimin Livanda dinc əhaliyə qarşı ölümcül təcavüzünə cavab olaraq, son bir neçə gündə sionistlərin işğal olunmuş ərazilərdə yerləşən hərbi baza və obyektlərinə yüzlərlə raket və pilotsuz təyyarələr atıb.

 

Teqlər