Ağ Ev qarşısında Fələstin və Livan dəstəkçisi özünü yandırıb
https://parstoday.ir/azeri/news/west_asia-i7818-ağ_ev_qarşısında_fələstin_və_livan_dəstəkçisi_özünü_yandırıb
Sionist rejimin Qəzzə zolağı və Livana təcavüzünə etiraz edənlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin ətrafında keçirilən aksiyada özünü yandırıb.
(last modified 2024-10-08T06:52:19+00:00 )
Okt 06, 2024 10:29 Asia/Baku
  • Ağ Ev qarşısında Fələstin və Livan dəstəkçisi özünü yandırıb

Sionist rejimin Qəzzə zolağı və Livana təcavüzünə etiraz edənlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin ətrafında keçirilən aksiyada özünü yandırıb.

 

Reuters xəbər agentliyi bu şəxsin Vaşinqtonda Fələstinə dəstək aksiyasında qolu yanan və orada olan insanların şaldan istifadə edərək alovu söndürməyə çalışarkən çəkilmiş şəkillərini dərc edib.

Washington Post xəbər verir ki, adı açıqlanmayan şəxs jurnalist olduğunu iddia edib və özünü Yaxın Şərqdəki böhranla bağlı yalan məlumat yaymaqda ittiham edib.