HƏMAS: 7 oktyabr işğala qarşı mübarizədə dönüş nöqtəsidir
(last modified Mon, 07 Oct 2024 10:10:09 GMT )
Okt 07, 2024 14:10 Asia/Baku
  • HƏMAS: 7 oktyabr işğala qarşı mübarizədə dönüş nöqtəsidir

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) vurğulayıb: Oktyabrın 7-si Fələstin xalqının sionist işğalına qarşı mübarizəsində tarixi dönüş nöqtəsidir.

 

HƏMAS Hərəkatı Əl-Əqsa tufanı əməliyyatının birinci ildönümü münasibəti ilə öz bəyanatında əlavə edib: Əl-Əqsa tufanı əməliyyatı sionistlərin Fələstin məsələsini məhv etmək məqsədi ilə planlaşdırılan tədbirlərinə təbii cavab idi.Bu hərəkat “sionist düşmənin oktyabrın 7-dən bu yana və ötən bir il ərzində Qəzzə xalqına qarşı ən dəhşətli cinayətlər və qırğınlar törətdiyinə və ən dəhşətli soyqırım müharibəsinə başladığına” işarə edərək əlavə edib: Qəzza zolağında böyük Fələstin xalqının müqaviməti və onların öz müqavimətlərinə dəstək göstərməsi işğalçıların Fələstin xalqının hüquq və ideallarını köçürtmək və məhv etmək kimi bütün planlarını puça çıxarıb.Bu bəyanatın başqa bir hissəsində deyilir: İşğalçı İsrail rejiminin müqavimət liderlərinə və məşhur simalarına qarşı törətdiyi qorxaq terror cinayətləri yalnız gücümüzü, dözümümüzü və işğalçı rejimlə mübarizə əzmimizi artırır.