İsrail ordusu bir il ərzində 728 hərbçisinin öldüyünü etiraf edib
Okt 07, 2024 14:12 Asia/Baku
Sionist ordu son bir ildə bu ordunun 728 hərbçisinin öldürüldüyünü etiraf edib.
Qəzza müharibəsindən bir il sonra sionist ordu ötən il oktyabrın 7-dən indiyədək 728 İsrail hərbçisinin öldürüldüyünü açıqlayıb.Bu məlumata görə, bu hərbçilərdən 346-sı Qəzza daxilində oktyabrın 27-dən başlayan döyüşlərdə həlak olub.İsrail ordusu həmçinin son bir ildə 4576 İsrail hərbçisinin yaralandığını və onlardan 696-nın vəziyyətinin ağır olduğunu açıqlayıb.Təhlilçilər hesab edirlər ki, Qəzza zolağında hazırkı döyüş zamanı sionistlər öz itkilərinin rəqəmlərini ört-basdır etmək üçün böyük səylər göstəriblər.
Teqlər