İşğalçı rejimin əməlləri bütün dünyada qınanır
7 oktyabrın ildönümündə İsrailə qarşı nümayişlər keçirilir Qəzzədə müharibənin ildönümü ilə eyni vaxtda minlərlə insan Avropada məzlum Fələstin xalqına dəstək yürüşü keçirib
7 oktyabr hücumundan sonra sionist rejimin Qəzzə zolağında başlatdığı dövlət terroru 41 mindən çox fələstinlinin ölümünə və Qəzzə zolağının dağıdılmasına səbəb olub.
Bununla əlaqədar müharibənin birinci ildönümündə minlərlə insan Avropa paytaxtlarında Fələstinə dəstək üçün nümayişlər keçirib.
Nümayişlər Avropanın bir çox böyük şəhərlərində keçirilib və həftəsonu boyu davam edib.
Romada minlərlə insan təhlükəsizlik problemlərini əsas gətirərək etirazlara icazə verməyən yerli hakimiyyət orqanlarının qadağasına baxmayaraq, dinc nümayiş keçirib.
Nümayişlər “Azad Fələstin, Azad Livan” şüarları səsləndirib, Fələstin bayraqlarını dalğalandırıb və əllərində döyüşlərin dərhal dayandırılmasını tələb edən plakatlar tutublar.
Londonda minlərlə insan sıx polis müşayiəti altında Dauninq-stritə doğru yürüş edib.
Hamburqun şimalında təxminən 950 nəfər dinc nümayiş keçirib. Etirazçıların çoxu Fələstin və Livan bayraqlarını dalğalandıraraq “Soyqırımı dayandırın” şüarları səsləndiriblər.
Belqradda 200-ə yaxın insanın iştirak etdiyi etiraz aksiyasında etirazçılar hökumətin İsrailə verdiyi dəstəyə qəzəblərini ifadə etmək üçün "Fələstini azad edin" şüarları səsləndiriblər.
İstanbulda etirazçılar Fələstin müqavimətinə dəstək məqsədilə Atatürk Mədəniyyət Mərkəzindən Dolmabahçeyə doğru yürüş təşkil ediblər.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, minlərlə insan "Fələstin müqaviməti qalib gələcək, soyqırım törədən İsrail və onun silahdaşları məğlub olacaq" yazılı plakart açıb və “Hər yer Fələstin, hər yerdə müqavimət”, “Soyqırıma görə İsrail cavab verəcək”, “Fələstinə azadlıq, İsrailə boykot” kimi şüarlar səsləndirib.
Yunanıstan, Hollandiya, Danimarka, İspaniya və İsveçrə də daxil olmaqla, Avropanın bir çox başqa ölkələrində də nümayişlər keçirilib.