Sionist rejimin Təl-Əviv ətrafındakı hərbi kəşfiyyat bazası darmadağın edilib
(last modified 2024-10-08T07:36:26+00:00 )
Okt 08, 2024 11:36 Asia/Baku
  • Sionist rejimin Təl-Əviv ətrafındakı hərbi kəşfiyyat bazası darmadağın edilib

İRNA - Livan Hizbullahı bazar ertəsi gecə bir elanda sionist rejimin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasını məhv etdiyini açıqlayıb.

 

Livan Hizbullahı əlavə edib: Xeybər əməliyyatının davamında Təl-Əviv ətrafında yerləşən sionist rejimin 8200-cü bölməsinə bağlı Qalilot hərbi kəşfiyyat bazası hədəfə alınıb. 

Bu təşkilat əlavə edib ki, bu hücumlar Qəzza zolağında mətanətli Fələstin xalqını və şərəfli və cəsur müqaviməti dəstəkləmək üçün həyata keçirilib. 

Teqlər