İraq müqavimət qüvvələri növbəti dəfə sionistlərə zərbə endirib
Eylat limanında həyati obyekt hədəfə alındı İraq İslami Müqaviməti növbəti dəfə işğal altındakı Fələstinin cənubundakı Eylat limanında həyati bir hədəfə pilotsuz uçuş aparatı ilə hücum etdiyini açıqlayıb.
İRNA-nın xəbərinə görə, İraq İslami Müqaviməti bir bəyanatda bildirib ki, qəsbkar rejimin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla mülki şəxslərə qarşı törətdiyi qətllərə cavab olaraq, bu hücum təşkil olunubdur.
Bu açıqlamada həmçinin İraqın İslami müqavimət qüvvələrinin düşmənin istehkamlarını darmadağın etmə əməliyyatlarının artan tendensiya ilə davam etdiyi vurğulanır.
Son bir neçə ayda İraqın İslami müqaviməti Eylat limanı da daxil olmaqla Fələstinin müxtəlif bölgələrində həssas və mühüm mövqeləri hədəf alıb.
Bu qrup bundan əvvəl də keçmiş əməliyyatlarda işğal olunmuş ərazilərə xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağına hücumlarını davam etdirərsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcək.