Hizbullahın raket hücumu fonunda; İşğal olunmuş ərazilərin 130 nöqtəsində sirenlər səslənib
(last modified 2024-10-18T05:23:01+00:00 )
Okt 18, 2024 09:23 Asia/Baku
  • Hizbullahın raket hücumu fonunda; İşğal olunmuş ərazilərin 130 nöqtəsində sirenlər səslənib

Sionist rejim mediası Livan Hizbullahının İsrail hədəflərinə geniş raket hücumundan və bunun nəticəsində işğal olunmuş Fələstin ərazilərində 130 nöqtədə sirenlərin səsləndiyindən xəbər veriblər.

 

Sionist rejim mediasının verdiyi məlumata görə, cümə axşamı səhər saatlarında işğal olunmuş Fələstinin şimalında Əl-Cəlildən tutmuş Ən-Nasirəyə qədər geniş ərazilərdə sirenlər işə düşüb. 

Hizbullahın cavab əməliyyatı ilə eyni vaxtda işğal olunmuş Fələstin ərazilərində 130-a yaxın ərazidə siren səsləri eşidilib.

Bəzi medialar isə sionist rejimin hava hücumundan müdafiə qüvvələrinin Hizbullahın raketlərini ələ keçirmək cəhdləri barədə məlumat yayıblar, lakin heç bir nəticəsi olmayıb.

Medialar, həmçinin, Tiberiya şəhərinin qərbinə də bir neçə raketin düşdüyünü bildiriblər. 

Teqlər