Cebaliya düşərgəsində növbəti qətliam; onlarla yaralı və şəhid var
İşğalçı İsrail rejiminin Qəzzə zolağının şimalındakı Cebaliya düşərgəsində minlərlə köçkünün yaşadığı məktəbi bombalaması nəticəsində yeni bir qətiam törədilib. Onlarla yaralı və şəhid var.
Sionist rejim ordusu Qəzzədə fələstinlilərə qarşı cinayətlərinin davamında zolağın şimalında yerləşən Cebaliya düşərgəsində minlərlə köçkünün yaşadığı "Əbu Hüseyn" məktəbini bombalayıb.
Tibbi mənbələrin bildirdiyinə görə, bu dəhşətli cinayətin ardınca Qəzzənin şimalındakı xəstəxanalara 24 şəhidin cənazəsi və 150 yaralı gətirilib.
Şahidlərin dediyinə görə, hücumun ardınca məktəbdə yanğın baş verib və fələstinli qaçqınları həyatı təhlükədədir.
Qəzzənin şimalındakı təcili yardım xidmətlərinin direktoru Əl-Cəzirə telekanalına bildirib ki, işğalçı rejim iki raketlə Cebaliya düşərgəsindəki Əbu Hüseyn məktəbini hədəf alıb və əlavə edib ki, şəhidlərin və yaralıların çoxu uşaqlar və qadınlardır və yaralılar, o cümlədən uşaqlar ağır vəziyyətdədirlər.
Təcili yardım xidmətlərinin direktoru izah edib ki, yaralıların müalicəsi üçün lazım olan bəzi təchizatlar və ixtisaslı həkimlərin çatışmazlığı səbəbindən yaralıların çoxu xəstəxanalarda həyatlarını itirirlər.
Tibb rəsmisi Qəzzənin şimalındakı vəziyyəti fəlakətli adlandırıb və qeyd edib ki, İsrailin boğucu mühasirəsinə görə 13 gündür Cebaliya düşərgəsinə heç bir yardım daxil olmayıb.