Qəsb olunmuş Hayfa limanına 15 raket atılıb
(last modified 2024-10-18T18:21:28+00:00 )
Okt 18, 2024 22:21 Asia/Baku
  •     Qəsb olunmuş Hayfa limanına 15 raket atılıb

Hizbullah müqavimət hərəkatı bildiribdir ki, Hayfadakı bir bölgəni iri həcmdə raketlə hədəfə alıb.

 

Sionist rejim mediaları bu gün səhər Hayfa və Əlcəlil bölgələrinin geniş bir hissəsində həyəcan siqnallarının aktivləşməsindən xəbər veriblər.

Terrorçu, sionist və müvəqqəti İsrail rejiminin ordusu bir bəyanatda bildiribdir ki, Lİvanın cənubundan Hayfa bölgəsinə tərəf azı on beş raket atılıb.

Az sonra Livan İslam Müqaviməti Hərəkatı- Hizbullah belə qeyd edib: Bu gün səhər Zilfun qəsəbəsini xeyli sayda raketlə hədəfə aldıq.

Ərəb mənbələri deyirlər ki, Hayfa bölgəsində bir neçə raket zərbəsi qeydə alınıb.

Teqlər