Həmas Yəhya Sinvarın şəhadətini rəsmən təsdiqləyib
(last modified Fri, 18 Oct 2024 19:13:25 GMT )
Okt 18, 2024 23:13 Asia/Baku
  • Həmas Yəhya Sinvarın şəhadətini rəsmən təsdiqləyib

Həmas hərəkatının siyasi bürosunun sədr müavini Xəlil Əlhəyyə Yəhya Əlsinvarın şəhadətini rəsmən təsdiqləyib.

 

Həmas hərəkatının siyasi bürosunun sədr müavini Xəlil Əlhəyyə bir çıxışda hərəkatın siyasi bürosunun sədri  Yəhya Əlsinvarın şəhadətini rəsmən təsdiqləyib.

Xəlil Əlhəyyə deyib: Fələstin islami müqavimət hərəkatı- Həmas/ komandan Yəhya Əlsinvarın şəhadəti münasibətilə ərəb və islami ümmətə başsağlığı verir.

O, əlavə edib: “Əl-Əqsa Tufanı” əməliyyatı komandiri və Həmas hərəkatının siyasi bürosu sədrinin şəhadəti münasibətilə başsağlığı veririk.

Əlhəyyə söyəyib: Əlsinvar qəhrəmancasına və müharibənin ön xəttində vuruşarkən şəhid oldu. O, cəbhələrdə öncül idi və heç vaxt geri çəkilmədi.

Həmas hərəkatının siyasi bürosunun sədr müavini qeyd edib ki, Əlsinvar zindandan azad olduqdan sonra öz missiyasını davam etdirdi və “Əl-Əqsa Tufanı” əməliyyatını planlaşdırıb, idarə etdi. Əlsinvarın şəhadəti böyük şəhidlər karvanı istiqamətində və Həmas-ın banisi Şeyx Əhməd Yasinin yolunda qərar tapıb.

Xəlil Əlhəyyə vurğulayıb: Şəhidlərin qanları bizim yolumuzu işıqlandıracaq və sabitlik və müqavimət yolunun davamı üçün bir stimul olacaq. Həmas öz yolunu Qüds paytaxt olmaqla Fələstin diyarı boyunca müstəqil Fələstin ölkəsinin yaradılmasınadək davam etdirəcək. Əlsinvarın və ondan qabaqkı rəhbərlərin şəhadəti Həmas-ın daha da güclənməsi və möhkəmlənməsinə səbəb olacaq.

Həmas hərəkatının siyasi bürosunun sədr müavini daha sonra deyib: Düşmən əsirləri/ Qəzzəyə qarşı müharibənin dayanmasına və fələstinli əsirlərin sionist rejim məhbəslərindən azad olunmalarınadək sərbəst buraxılmayacaqlar. Sionist əsirlər yalnız müharibənin tam şəkildə dayandırılması, işğalçı hərbçilərin Qəzzədən çıxmaları və fələstinli əsirlərin azad olunmaları təqdirində geri qaytarılacaqlar. Biz Həmas-ın yolunu davam etdirəcəyik.