Hizbullah sionist rejimin kəşfiyyat bazasına raketlə hücum edib
Livan Hizbullahı yaydığı bəyanatda bildiribdir ki, hərəkatın döyüşçüləri sionist rejimin Təl-Əvivdə yerləşən «Qolilot» kəşfiyyat bazasına raketlə hücum ediblər.
Livan Hizbullahı digər bir bəyanatda bildiribdir ki, «Ramiya» bazasının yaxınlığındakı sionist hərbçiləri hədəfə alıb.
Dünən axşamçağı da Livandan atılan bir ballistik raket işğal olunmuş ərazilərin mərkəzi olan Təl-Əviv şəhərinə düşüb.
Digər tərəfdən, Livan Hizbullahı Cəbəlülşeyx-də yerləşən 2222 saylı qərargahın bir neçə raketlə hədəfə alındığını bildirib.
Livan İslam Müqaviməti döyüşçüləri başqa bir əməliyyatda işğalçı hərbçilərin sionistsakinli «Zəriyyət» qəsəbəsindəki toplantısına raketlə hücum ediblər.
Hizbullah həmçinin «Şumira» qəsəbəsində düşmən qüvvələrinin toplantısını bir neçə raketlə hədəfə alıb.
Müqavimət döyüşçüləri digər bir əməliyyatda «Xələ-Vərdə» bölgəsində, həmçinin sionistsakinli «Kabri» qəsəbəsindəki sionist hərbçilərin toplantısına tərəf bir neçə raket atıblar.
Livan Hizbullahı habelə işğal olunmuş Fələstinin şimalında yerləşən «Yeftah» hərbi bazasına PUA İlə hücum edib.
Bu hücumlar, sionist rejimin Livana qarşı son təcavüzlərinə cavab olaraq, keçirilib. Sözügedən təcavüzlərdə yüzlərlə nəfər şəhid olmuş, minlərlə nəfər isə yaralanmışdı.