İslami ölkələr sionistlərin Məsciduləqsaya qarşı hörmətsizliyinə etiraz ediblər
(last modified Sat, 20 May 2023 10:06:08 GMT )
May 20, 2023 14:06 Asia/Baku
  • İslami ölkələr sionistlərin Məsciduləqsaya qarşı hörmətsizliyinə etiraz ediblər

Bəzi islami ölkələr öz bəyanatlarında sionistlərin “bayraq yürüşü” adlı mərasimdə Məsciduləqsaya qarşı basqınları və hörmətsizliklərinə qarşı çıxıblar.

Bayraq yürüşü” hər il 1967-ci il müharibəsində sionist rejim tərəfindən Qüdsün qədim bölməsinin işğalının ildönümü günü münasibətilə keçirilir.

Sİonistlər iddia edirlər ki, Qüds şəhəri tam şəkildə bu rejimin paytaxtıdır. Fələstin xalqı isə vurğulayır ki, Qüds onun ölkəsinin paytaxtı olacaq.

Türkiyə xarici işlər nazirliyi bir bəyanatda Qüdsü qəsb etmiş sionist qəsəbə sakinlərinin sionist rejim polisinin dəstəyi altında Məsciduləqsaya qarşı hörmətsizliklərini pisləyib.

Ərəbistan xarici işlər nazirliyi də yaydığı bəyanatda sionist qəsbkarların nazirlər kabinetinin və knessetin üzvlərinin bu rejim hərbçilərinin himayələri altında  Məsciduləqsaya qarşı basqınlarını pisləyib. Bildirib ki, Ərriyad Fələstin məsələsi barədə ədalətli və əhatəli həll yoluna nail olmaq istiqamətindəki bütün səyləri himayə edir.

Misir xarici işlər nazirliyi isə bir bəyanatda sionist rejimin hökumət və knesset başçıları, həmçinin sionist qəsəbə sakinlərindən bir qrupunun “bayraq yürüşü” adlı mərasim çərçivəsində Məsciduləqsaya qarşı basqınlarını kəskin tərzdə pisləyib.

Qeyd edək ki, sözügedən basqın Fələstin xalqının emosiyalarına xələl gətirmək və fələstinli namazqılanları sıxışdırmaq məqsədilə edilən təhrikedici və aciz hərəkətlərlə həyata keçirilib.

Bəhreyn xarici işlər nazirliyi də öz bəyanatında sionist rejimdən işğal olunmuş Qüdsdəki təhrikedici və irqçilik hərəkətlərini dayandırmasını istəyib.

İslam Əməkdaşlığı Təşkilatı isə bununla bağlı yaydığı bəyanatda sionist rejim başçıları, həmçinin sionist qəsəbə sakinlərinin sözügedən basqınını pisləyib və bu hərəkəti Təl-Əviv rejiminin beynəlxalq qətnamələri aşkar surətdə pozması, həmçinin ibadət azadlığına və müqəddəs məkanlara hörmətsizliklə bağlı ardıcıl qanun pozuntusunun davamı adlandırıb.

Pakistan xarici işlər nazirliyi də öz bəyanatında sionist rejimin işğal olunmuş Fələsin əraziləri və Qəzzə zolağında Fələstin xalqına qarşı təcavüzlərinin davam etməsini pisləyibdir.

Əmirliklərin xarici işlər və beynəlxalq əməkdaşlıqlar nazirliyi is\ öz bəyanatında sionist rejimin nazirlər kabineti, həmçinin knesset üzvlərinin mübarək Məsciduləqsaya qarşı basqınlarını pisləyib. Bildirib ki, Əbu-Dəbinin sabit mövqeyi, Məsciduləqsanı tam şəkildə himayə və müdafiə etmək və orada baş verən təhrikedici hərəkətləri dayandırmaqdır.

Teqlər