Ərdoğan hökumətinin iqtisadi yükü türk xalqının çiynindədir
Rəcəb Tayyib Ərdoğan hökuməti dövlət gəlirlərini artırmaq və sonradan iqtisadi böhranla mübarizə aparmaq üçün vergiləri artırıb.
Aran Radiosunun məlumatına görə,“Türkiyə hökuməti əlavə dəyər vergisini artıraraq 30 milyard lirə daha çox qazanmağı planlaşdırır”. Türkiyə xalqı iyulun 7-də yeni vergi artımları dalğası ilə üzləşib. Əmtəə və xidmətlərin əlavə dəyər vergisi də iki faiz artaraq 18 faizdən 20 faizə, bəzi mallara tətbiq edilən səkkiz faiz əlavə dəyər vergisi dərəcəsi isə 10 faizə yüksəlib. Yeni tariflər rəsmi olaraq iyulun 10-dan tətbiq olunacaq.
Digər tərəfdən, vergi artımı yalnız əlavə dəyər vergisi ilə məhdudlaşmır.Buna uyğun olaraq xarici telefon danışıqlarının dəyəri 6019 lirədən 20 min lirəyə yüksəlib, insanların aldığı kreditlər üzrə bank vergisi də 10%-dən 15% artıb. Vizaların, notariusların və pasportların verilməsi xərcləri isə 50% artım göstərir.
Rəcəb Tayyib Ərdoğanın Türkiyədə ardıcıl üçüncü prezidentlik müddətində qələbə qazanmasından iki ay keçməsinə baxmayaraq, Ərdoğanın və onun tabeliyində olan hökumətin prezident seçkiləri zamanı verdiyi vədləri yerinə yetirə bilmədiyi aydın görünür. Son seçkilər zamanı Türkiyə prezidenti bu ölkənin xalqından ona etimad göstərmələrini və müxalifətə səs verməmələrini xahiş edib. Rəcəb Tayyib Ərdoğan öz hökumətinin əleyhdarlarını Türkiyəni yenidən Amerika və Qərbin sui-qəsdlərinin tələsinə salmağı planlaşdıran qərbdən asılı kimi təqdim etdi.
Eyni zamanda, Ərdoğan iqtidarının əleyhinə olan analitiklər müxalifət koalisiyasının lideri Kamal Kılıçdaroğlunun məğlubiyyəti halında Türkiyə xalqının kilo ilə deyil ədədlə soğan və kartof almalı olacağı günün gələcəyini vurğulamışdılar. Türkiyədə 13-cü prezident seçkilərinin ikinci turu ərəfəsində Türkiyənin tanınmış iqtisadçısı “Əli Bayramoğlu” Ərdoğan iqtidarının müxalifət komandasına belə məsləhət vermişdir: Qələbə qazanmaq istəyirsənsə, Türkiyənin cəhənnəmə bənzər iqtisadi vəziyyətini insanlara düzgün təsvir etməyə çalışmalısan”.
Görkəmli iqtisadçı alim və Türkiyə iqtisadiyyatının görkəmli memarlarından olan Əli Babacan da seçki öncəsi vurğulamışdır:
“Əgər Ərdoğan qalib gəlsə, xalq hər gün yoxsullaşacaq və Türkiyənin dünya iqtisadiyyatındakı mövqeyi və əhəmiyyəti azalacaq”.
Türkiyə prezident seçkilərinin nəticələrinin açıqlanmasından iki ay keçməmiş türkiyə müxalifətinin proqnozları özünü göstərməyə başlayıb və görünən odur ki müxalifətin iqtisadi sahədə mövqeyi daha doğru və prinsipial olub.Türkiyə xalqı aylardır iqtisadi çətinliklərlə mübarizə aparır və qiymətlərin yenidən artımısını nəzərə alaraq, istehlakçıların qiymət artımına reaksiyasını görəcəyik. Fakt budur ki, Türkiyə hələ də ağır iqtisadi böhranla üz-üzədir və bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan seçki vədlərinə baxmayaraq, bu böhranın həllində və ya şiddətinin azaldılmasında uğur əldə edə bilməyib.
Ərdoğa seçkilərdən sonra yeni iqtisadi kadrlarla i.ləməyə başlayıb amma yeni qrupun qərarları da müsbət nəticə verməyib. Bank faizinin artması çıxarılan yeni qərarlardan sayılır ki bu günə qədər müsbət nəticəyə gətirib çıxarmamışdır.