ABŞ-də yəhudilər arasında Tel-Əvivə qarşı narazılıq artır
https://parstoday.ir/azeri/news/world-i12814-abŞ_də_yəhudilər_arasında_tel_Əvivə_qarşı_narazılıq_artır
Yeni keçirilmiş bir sorğunun nəticələri göstərir ki, ABŞ-də yayəhudilər arasında İsrail rejiminə qarşı narazılıq artmaqdadır və bu rejim bir çoxları arasında əvvəlki nüfuzunu itirib.
(last modified 2025-10-07T13:38:52+00:00 )
Okt 05, 2025 12:38 Asia/Baku
  • ABŞ-də yəhudilər arasında Tel-Əvivə qarşı narazılıq artır

Yeni keçirilmiş bir sorğunun nəticələri göstərir ki, ABŞ-də yayəhudilər arasında İsrail rejiminə qarşı narazılıq artmaqdadır və bu rejim bir çoxları arasında əvvəlki nüfuzunu itirib.

 

Sorğuda iştirak edən min nəfərdən çox Amerika yəhudisinin 60 faizi İsrailin Qəzzaya qarşı hərbi hücumlarını "həddindən artıq" adlandırıb. Eyni zamanda, respondentlərin 54 faizi bildirib ki, bu hücumlar nəticəsində İsrail öz mənəvi mövqeyini itirib.

 

The Washington Post qəzetinin yazdığına görə, bu dəyişiklik xüsusilə gənc nəsil yəhudilər arasında daha çox müşahidə olunur. Onlar daha liberal mövqelərə üstünlük verir və fələstinlilərin hüquqlarını müdafiə etməyə meyllidirlər. Sosial media da bu tendensiyada mühüm rol oynayır — gənclər bu platformalardan öz mövqelərini ifadə etmək və İsrailin siyasətlərinə qarşı kampaniyalar təşkil etmək üçün istifadə edirlər.