Amerikanın Karib dənizi və Latın Amerikasında hərbi müdaxilələrinə etiraz
https://parstoday.ir/azeri/news/world-i12888-amerikanın_karib_dənizi_və_latın_amerikasında_hərbi_müdaxilələrinə_etiraz
Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, ABŞ-nin Karib dənizi və Latın Amerikasında, xüsusilə Venesuelaya qarşı son hərbi hərəkətlərini bölgə sülhü və təhlükəsizliyi üçün təhdid olaraq qiymətləndirib və ABŞ-nin qanunsuz və birtərəfli müharibə siyasətinin dünya sülhü və sabitliyinə vuracağı mənfi təsirlər barədə xəbərdarlıq edib.
(last modified 2025-10-11T06:40:20+00:00 )
Okt 10, 2025 10:38 Asia/Baku
  • Amerikanın Karib dənizi və Latın Amerikasında hərbi müdaxilələrinə etiraz

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, ABŞ-nin Karib dənizi və Latın Amerikasında, xüsusilə Venesuelaya qarşı son hərbi hərəkətlərini bölgə sülhü və təhlükəsizliyi üçün təhdid olaraq qiymətləndirib və ABŞ-nin qanunsuz və birtərəfli müharibə siyasətinin dünya sülhü və sabitliyinə vuracağı mənfi təsirlər barədə xəbərdarlıq edib.

 

Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ-nin bu bölgədə balıqçılıq qayıqlarına qarşı hərbi hücumlarını və Venesuelanın milli suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqi ilə bağlı təhdidlərini pisləyib, bu hərəkətləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirib. O, ABŞ-nin Venesuelanın daxili işlərinə qanunsuz müdaxiləsinin yaratdığı təhlükəli vəziyyətə BMT Təhlükəsizlik Şurası və BMT Baş Katibinin dərhal diqqət yetirməsini tələb edib.