İndoneziya ölkə prezidentinin işğal olunmuş ərazilərə səfərini təkzib edib
Okt 14, 2025 11:33 Asia/Baku
İndoneziya Xarici İşlər Nazirliyi Prabovo Subiantonun işğal olunmuş ərazilərə səfəri ilə bağlı bəzi iddiaları təkzib edib. Bir sıra İsrail mediası Subiantonun Misirin Şarm əl-Şeyx şəhərinə səfərindən sonra onun işğal olunmuş ərazilərə gedəcəyini iddia etmişdi.
Buna görə də İndoneziyanın xarici işlər naziri Suqyo ölkə mətbuatına belə bir planın olmadığını və Prabovonun Şarm əl-Şeyx sammitində iştirak etdikdən sonra Cakartaya qayıdacağını bildirib.
Teqlər