Əksər amerikalılar Fələstin dövlətinin tanınmasını istəyir
Okt 23, 2025 10:27 Asia/Baku
Yeni keçirilmiş sorğu göstərir ki, əksər amerikalılar ABŞ-nin Fələstin dövlətini tanımasını dəstəkləyir.
Reuters agentliyi və Ipsos İnstitutunun birgə apardığı son sorğunun nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın əks mövqeyinə baxmayaraq, respondentlərin 59 faizi Fələstin dövlətinin tanınmasını dəstəkləyir, 33 faizi isə əks mövqedədir, qalanlar isə cavab verməyib və ya qərarsızdır. Partiya tərəfdarları arasında isə 80 faiz demokratlar və 41 faiz respublikaçılar bu təşəbbüsü dəstəkləyib.
Teqlər