Newsweek: ABŞ-nin Venesuelaya hücumu çox baha başa gələcək
https://parstoday.ir/azeri/news/world-i13078-newsweek_abŞ_nin_venesuelaya_hücumu_çox_baha_başa_gələcək
Amerikanın Newsweek jurnalı öz hesabatında yazıb ki, Latın Amerikasında heç bir ölkə ABŞ ordusunun Venesuela hökumətini devirməsini istəmir və belə bir addım Meksika, Braziliya, Argentina, Uruqvay, Çili və hətta Kolumbiya kimi ölkələrin ciddi narazılığına səbəb olacaq.
(last modified 2025-10-27T06:55:33+00:00 )
Okt 26, 2025 18:49 Asia/Baku
  • Newsweek: ABŞ-nin Venesuelaya hücumu çox baha başa gələcək

Amerikanın Newsweek jurnalı öz hesabatında yazıb ki, Latın Amerikasında heç bir ölkə ABŞ ordusunun Venesuela hökumətini devirməsini istəmir və belə bir addım Meksika, Braziliya, Argentina, Uruqvay, Çili və hətta Kolumbiya kimi ölkələrin ciddi narazılığına səbəb olacaq.

 

Nəşr qeyd edib: ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi bu ölkənin böyük ərazisi və hərbi potensialı nəzərə alındıqda, 1989-cu ildə Panamaya edilən hücumdan daha genişmiqyaslı böhran yarada bilər və Latın Amerikası ölkələrinin kəskin mənfi reaksiyasına yol aça bilər.

 

Newsweekin yazdığına görə, “qarışmama prinsipi” beynəlxalq münasibətlərin, xüsusilə də Latın Amerikasında, əsas prinsiplərindən biridir və Vaşinqtonun hər hansı birtərəfli addımı Cənubi Amerikada yeni bir anti-Amerika, milli azadlıq yönümlü hərəkat dalğasına səbəb ola bilər.