Amerika genişmiqyaslı tənəzzüldə; 22 ştat iqtisadi böhranda
Ölkə əhalisinin təxminən 90 faizinin yaşadığı 22 ABŞ ştatı tənəzzüldədir və ya onun astanasındadır; və bu, ABŞ Prezidenti Donald Trampın 2024-cü il prezident seçkilərində iqtisadi şüarlarla yenidən Ağ Evə yol aldığı bir vəziyyətdə baş verir.
ABŞ-dakı yeni məlumatlar müxtəlif ştatlarda iqtisadi fəaliyyətlərin genişmiqyaslı şəkildə azaldığını göstərir; mövcud statistikaya görə, bu tendensiya 22 ştata və Vaşinqtona və ölkə əhalisinin təxminən 90 faizinə təsir edib. Əmək bazarındakı azalma, mənzil sektorundakı yavaşlama və istehsalın azalması ABŞ-ın son illərdəki ağır iqtisadi vəziyyətinə işarə edən ən vacib əlamətlərdəndir. Bu vəziyyət Tramp administrasiyasının ticarət siyasəti ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verir.Moody's Analytics-dən Mark Zandi bildirib ki, 22 ştat iqtisadi çətinliklərlə üzləşdiyindən, bütün ölkə "tənəzzül astanasındadır".Baş iqtisadçı əlavə edib ki, “ABŞ-ın ümumi daxili məhsulunun təxminən üçdə birini təşkil edən ştatlar ya tənəzzüldədir, ya da yüksək tənəzzül riski altındadır, digər üçdə biri sabitdir, qalan üçdə biri isə böyüməkdədir”.Ekspertin sözlərinə görə, ən ağır və ən zəif tənəzzülləri yaşayan ştatlar bunlardır: Vayominq, Montana, Minnesota, Missisipi, Kanzas, Massaçusets, Vaşinqton, Corciya, Nyu Hempşir, Merilend, Rod-Aylend, İllinoys, Delaver, Virciniya, Oreqon, Konnektikut, Cənubi Dakota, Nyu Cersi, Men, Ayova, Qərbi Virciniya və Kolumbiya dairəsi.O, tarifləri, mənzil, iş yerlərini və istehsalı ştat miqyasında iqtisadi tənəzzülün əsas hərəkətverici qüvvələri kimi müəyyən edərək, vəziyyətin milli iqtisadiyyat üçün təhlükə yaratdığını vurğulayıb.