ABŞ: İordan çayının qərb sahilindəki hadisələr Qəzzadakı atəşkəsi zəiflədə bilər
Noy 13, 2025 22:20 Asia/Baku
ABŞ-nin dövlət katibi Marko Rubio, BMT-nin məlumatına görə, son vaxtlar İordan çayının qərb sahilində məskunlaşan yəhudilərin fələstinlilərə hücumlarının artdığını bildirərək xəbərdarlıq edib ki, Yəhuda və Sameredə (İordan çayının qərb sahili) zorakılıq hallarının artması Qəzzadakı atəşkəsə təsir göstərə bilər.
Bununla belə, Rubio jurnalistlərin - bu iğtişaşlar Qəzzadakı atəşkəsi təhdid edə bilərmi? - sualına cavabında deyib: Biz belə bir şeyin baş verəcəyini gözləmirik. Bunun qarşısını almaq üçün bütün səylərimizi göstərəcəyik.
Teqlər