Netanyahu: Culani Suriyanın cənub-qərbində silahsız zona yaratmalıdır
Sionist rejimin baş naziri Benyamin Netanyahu bildirib ki, onlar üçün vacib olan odur ki, Suriya Müvəqqəti Hökumətinin rəhbəri, Əbu Məhəmməd Culani ləqəbli Əhməd əl-Şara, Suriyanın cənub-qərbində silahsız zona yaratmaq üçün səylər göstərsin.
Netanyahu əlavə edib: Əl-Şaraya dair bizim üçün mühüm olan meydanda hərbi vəziyyət və Suriyanın təhlükəsiz və sülhsevər olub-olmamasıdır.
Sionist rejimin baş naziri ABŞ-nin onlara göstərdiyi hərbi dəstəyin Vaşinqtonun Əfqanıstan və Yaxın Şərqdə çəkdiyi xərclərlə müqayisədə çox az olduğunu bildirib.
O həmçinin iddia edib ki, İsrail rejimi ABŞ-nin yeganə müttəfiqidir ki, öz müdafiəsi üçün amerikalı hərbçilərin iştirakını tələb etməyib və başqalarından onun adından müharibəyə qoşulmağı xahiş etməyib.